Loading...

ADMİNLE ELAQE





  • webALLAHIN 99 ADI

    1.Allah  2.Rəhman: Əsirgəyici, bütün məxluqatına rəhmetiyle məlum edən (dünyada). 
    3.Rəhim: Bağışlayıcı, sevdiklərinə və möminlərə mərhəmət edən (axirətdə). 
    4.Məlik: Mülkün sahibi, mülk və səltənəti davamlı olan. 
    5.Kuddüs: Hər cürə əksiklik və ayıblardan münəzzəh olan. 
    6.Salam: Hər çeşit afət və kədərlərdən əmin olan. 
    7.Mömin: Qullarına əhəmiyyət verən. Özünün ve peyğəmbərlərinin doğruluğunu ortaya qoyan, qullarına elədiyi vədinde sadıq. 
    8.Müheymin: Səltənəti haqqında dilədiyi kimi təsəvvür edən, hər şeyi göz edib qoruyan. 
    9.Əziz: İzzət sahibi, məğlub edilməsi imkansız olan, hər şeyə qalib olan. 
    10.Cabbar: Əzəmət və qüdrət sahibi, istediyini mütləq edən,dilədiyinə müqtədir olan. 
    11.Mütəkəbbir: Ululuq sahibi, hər şeydə və hər hadisədə böyüklüyünü göstərən. 
    12.Halık: Hər şeyin varlığını və keçirəcəyi halları təkdir edən, yaradan, yoxdan var edən böyüklükde tayı olmayan. 
    13.Bari; Hər şeyin aza və cihazını birbirinə uyğun yaradan. 
    14.Musavvir: Təsvir edən, hər şeyə bir şəkil və xüsusiyyet verən. 
    15.Qaffar: Qullarının günahını örtən, məqfirəti çox, günahları bağışlayıcısı. 
    16.Kahhar: Hər şeyə, hər istədiyini edəcək sürətə, qalib və hakim. 
    17.Vahhab: Çox ehsan edən, çeşit-çeşit nemətləri daima bağışlayan. 
    18.Rəzzak: Bütün məxluqatın riskini verən və ehtiyacını qarşılayan. 
    19.Fəttah: Hər cürə müşkülləri açan və asanlaştıran, darlıqdan qurtaran. 
    20.Alim: Hər şeyi ən ince nöqtəsina qədər bilən, elmi əbədi və əzəli olan. 
    21.Kabız: Dilədiyinə darlıq verən, sıxan, daraldan. 
    22.Basit: Dilədiyine bolluğ verən, açan, genişleden. 
    23.Hafıd: Yuxarıdan aşağıya endirən, alçaldan, dərəcələri salan. 
    24.Rafi: Yuxarı qaldıran, yüksəlden, dərəcələri yüksəldən. 
    25.Muiz: İzzət verən, əziz qılan. 
    26.Müzil: Zillətə düşürən, xor ve xakir edən. 
    27.Semi: Hər şeyi eşidən, qullarının niyazını qəbul edən. 
    28.Basir: Hər şeyi görən. 
    29.Höküm: Hikmət sahibi olan, elədiyi hər işde hikməti göz edən, hökm edən. 
    30.Adil: Son dərəcə ədalətli olan. 
    31.Lətif: Ən incə işlərin bütün incəliklərini bilən, lütf və ehsan sahibi olan. 
    32.Habir: Hər şeyi iç üzünden,gizli tərəfındən xəberdar olan. 
    33.Həlim: Yumuşak davranan, hilmi çok olan. 
    34.Əzim: Yetərincə əzəmətli olan. 
    35.Qafur: Çox bağışlayan, maqfirəti çox. 
    36.Şəkur: Özünün rızası üçün edilən əməlləri daha ziyadəsi ile qarşılayan. 
    37.Aliyy: Çok ulu. 
    38.Kəbir: Yetərincə böyük. 
    39.Hafiz: Edilən işləri bütün təfsilatıyla hifzedən, hər şeyi bağışlayan ve beladan qoruyan. 
    40.Mukit: Bilən, təyin edən. Hər yaradılmışın riskini verən. 
    41.Hasib: Hərkəsin həyatı boyunca elediklərinin bütün təfərrüatıyla hesabını yaxşı bilən. Məxluqatına kafi olan.
    42.Cəlil: Əzəmət sahibi olan, ululuq sahibi olan. 
    43.Kərim: Çox ikram edici, kərimi olan. 
    44.Rakib: Bütün varlıqlar və bütün işlər mürəkkəbəsi altında olan. 
    45.Mucib: Özünə yalvaranların istəklərini verən,duaları qəbul edən. 
    46.Vasi: Lütfü bol olan. 
    47.Hakim: Əmirləri, kəlamı və bütün işləri hikmətli, hikmət sahibi olan. 
    48.Vədud: Yaxşı qullarını sevən, rızasına endirən və sevilməyə layıq olan. 
    49.Məcid: Şanı, şərəfi çox üstün olan. 
    50.Bais: Ölüləri dirildən, qəbirlərdən çıxartan. 
    51.Şəhid: Hər zaman və hər yerdə hazır və nazir olan. 
    52.Haqq: Vacibul vücud olan, varlığı heç dəyişmədən duran. 
    53.Vəkil: Təvəkkül sahiblərinin işini düzəldib onlardan daha yaxşı təmin edən. 
    54.Kavi: Yetərincə qüvvətli. 
    55.Mətin: Yetərincə güclü. 
    56.Vəli: Seçkin qullarının dostu. 
    57.Həmid: Ancaq özünə həmd edilən, bütün varlığın diliyle deyilen. 
    58.Muhsin: Namütənahı da olsa, bir-bir hər şeyin sayını bilən. 
    59.Mübdi: Məxluqatı maddəsiz və örnəksiz olaraq başdan yaradan. 
    60.Muid: Yaradılmışları yox etdikdən sonra təkrar yaradan. 
    61.Muhyi: Əhya edən, dirildən, can bağışlayan, sağlıq verən. 
    62.Mumit: Canlı, bir məxluqatın ölümünü yaradan,öldürən. 
    63.Hayy: Diri, tam və mükəmməl mənasıyla həyat sahibi. 
    64.Qəyyum: Yaratdıqlarının işini çevirən hər işlənəni bilən, əvvəli olmayan. 
    65.Vacid: İstədiyini, istədiyi vaxtda tapan. 
    66.Vahid: Tək. Zatında, sifətlərində, adlarında, əfailində ortağı və bənzəri olmayan. 
    67.Səməd: Hər şey Ona möhtac, fəqət O heç bir şeyə möhtac deyil. 
    68.Qadir: İstədiyini, istədiyi kimi yaratmağa müktədir olan. 
    69.Muktedir: Qüvvət ve qüdrət sahibləri üzərində dilədiyi kimi təsəvvür eden. 
    70.Mukaddim: İstədiyini öne gətirən, önə alan. 
    71.Muahhir: İstədiyini geri qoyan, arxaya buraxan. 
    72.Evvel: Hər şeydən önce var olan. 
    73.Ahir: Hər şey həlak olduqdan sonra geri qalan. 
    74.Zahir: Varlığı saysız dəlillərlə açıq olan. 
    75.Batın: Ağılların idrak edəməyəcəyi üzrə əzabı gizli olan. 
    76.Vali: Bu müəzzam kainatı ve bütün hadisələri tek başına idarə edən. 
    77.Muteali: Ağlın mümkün gördüyü hər şeydən, hər haldan uca olan. 
    78.Bərr: Qullarına yaxşılıqı və ehsanı, nemətləri bol olan. 
    79.Təvvab: Tövbələri qəbul edib günahları bağışlayan. 
    80.Müntəkim: Günahkarlara, ədalətiylə, müştəhək olduqları cəzanı veren. 
    81.Afüv: Bağişlayan, maqfirət edən. 
    82.Rauf: Mərhəmət edici, şəfqətli. 
    83.Malikül Mülk: Mülkün əbedi əzeli sahibi. 
    84.Zülcəlal-i Vəl-İkram: Həm əzəmət sahibi, həm artıq kərəm sahibi. 
    85.Muksit: Hökmünde və əfalində ədalətli olan. 
    86.Cami: İstədiyini istədiyi zaman istədiyi yerdə toplayan. 
    87.Qani: Çox zəngin, heç bir şeyə möhtacı olmayan. 
    88.Müğni: Dilədiyinə zənginlik verən müstəqini qılan. 
    89.Məcid: Qədri və Şanı böyük, kərəm ve müsəmməhası bol. 
    90.Mani: Bəzi şeylərin meydana gəlməsinə icazə verməyən, əngəlləyən. 
    91.Nur: Aləmləri nurlandıran, dilədiyini nur edən, nur olan. 
    92.Hadi: Hidayətə qovuşduran, kulunu xeyirlə müvafiq qılan. 
    93.Bədi: Örnəksiz, misalsız, əcayib ve heyrət verici aləmlər yaradan. 
    94.Baki: Varlığının sonu tapılmayan, əbədi olan. 
    95.Varis: Varlığı davam edən, sərvətlərin həqiqi sahibi. 
    96.Rəşid: Bütün aləmləri doğru bir nizam və hikmətlə aqibətinə çatdıan. 
    97.Sabur: Çox səbirli olan, üsyankarlardan təcili intiqam almayan. 
    98.Dar: Eyləm və zərər verəcək şeyləri yaradan, hüsrana uğradan. 
    99.Nafi: Xeyir və mənfəət verəcək şeyləri yaradan, faydalandıran..

  • webƏsas Məlumat

    Qiyamət günü zəlzələ zamanı dağılmayacaq yeganə məkan Məsciddir. Cənnətin qapıçısının adı Rizvandır. Cəhənnəmin qapıçısının adı Malikdir. Cənnətin səkkiz qapısı var. Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var. Şeytan dörd dəfə: Ona lənət olunan, Yer üzərinə atılan, Məhəmməd Peyğəmbərliyə (s) seçilən və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir. Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar. Allahın adının min dəfə zikr olunduğu dua,"Cövşən- Kəbir" duasıdır. Yerin və göyün yaradılması altı gün çəkdi. Hər bir gün isə əlli min ilə bərabər idi. Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar. Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar. Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi. Namazı ilk vaxtda qılan şəxslərə Əzrayı(ə) özü "La ilahə illəllah"ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır. Min aydan üstün olan gecə "Qədr" gecəsidir. Məhəmməd Peyğəmbərin (s) buyurduğun agörə: "Cənnət dörd nəfərin intizarındadır": Onlar həzrət Əli (ə), Əbuzər Qəffari, Salman Farsi və Miqdaddır. Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır. Namazın ən üstün hissəsi, uzun- uzadı qünut tutmaqdır. Əzrayıl (ə) gündə beş dəfə insanlarin uzune baxir. Həzrət Əlinin (ə) atasının adı İmrandır. Yer üzündə Həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl- kürsi"dir. ("Bəqərə", 255-257) İnsana verilən ən üstün nemət ağıldır.

  • webRuzini artiran amiller

    Quran oxumaq, gecə namazı, dəstəmazlı olmaq, təmizliyə riayət etmək “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır”. (“Taha” 124). Allahı yada salmaq ruhu rahatlatdığı kimi, ruziyə də müsbət təsir qoyar. Əlbəttə zikrlər, ibadət, ziyarətlər daha çox iman, təqva əldə etməyin müqəddiməsidir. Hər kim bu fürsətlərdən istifadə etməzsə, özü təqsirkar olar. (Tebyan) Quran ən yaxşı zikrdir ki, onu oxumaq bərəkətə səbəb olar. Başqa sözlə desək, Quran elə bir səma kitabıdır ki, onunla ünsiyyət qurmaq həm dünya və həm də axirət saədətinin yollarını açar. Əmirəl-möminin (ə) buyurur: “O evdə ki, Quran oxunar və Allah yada salınar – bərəkəti çox olar”. Bəzi hədislərimiz buyurur ki, ”Vaqiə”, Qədr”, “Tövhid”, “Ləyl”, “Yasin”, “Şəms”... surələrini oxumaq ruzinin artmasına təsir qoyur. İmam Sadiq (ə) buyurur: “Gecə namazı ruzini cəlb edər”. İmam Sadiq (ə) yenə buyurur: “Gecə namazı ruzini artırar və borcu qaytarar”. Hədislərimiz buyurur ki, dua və münacat da ruzinin artması üçün bir vasitədir. Xüsusilə də səhər çağında edilən dualar. Çünki bu zaman ruzinin paylandığı zamandır. İmam Sadiq (ə) buyurur: “Hər kimin niyyəti gözəl olarsa, ruzisi artar”. Ona görə də hər nə qədər insanın niyyəti pak olar, dünyadakı bərəkəti də artar. Yoxsulluq və bədbəxtlikdən uzaq olar. İmam Sadiq (ə) buyurur: “Hər kimin gecə və gündüz ən böyük qüssəsi dünya olar, Allah Təala yoxsulluq və pərişanlığı gözünün önündə qərar verər. O kəsin ki, hümməti axirət olar, Allah ehtiyacsızlıq hissini ürəyinə qoyar və işlərini tənzim edər”. Dinimiz yemək yeyən zaman əllərin təmizliyinə çox diqqət edir. Və bu mövzu gigiyena tərəfi ilə yanaşı, insanın ruhuna da təsir qoyar. İmam Sadiq (ə) buyurur: “Hər kim əllərini yeməkdən əvvəl və sonra yuyar – ruzisi çox olar və cismi bəlalardan sağlam qalar”. Bundan başqa tövsiyə edilir ki, əlləri yeməkdən əvvəl yuduqdan sonra onu qurulamayın qoyun, özü qurusun. Bərəkəti yeməklə bir yerdə olsun. İmam Sadiq (ə) buyurur: “Yeməkdən əvvəl və sonra dəstəmaz almaq ruzini artırar”. Həzrət Peyğəmbər (s) buyurur: “Daima dəstəmazlı ol ki, ruzin davamlı olsun”.



Azerbaycan, Bakı
+994 55 344 6267